DÜNYA

01 Aprel

Psaki Ağ Evin mətbuat katibi vəzifəsini tərk edəcək

“Axios”: Cen Psaki Ağ Evin mətbuat katibi vəzifəsindən getməyi planlaşdırır

1 aprel. Fins.az –  Cen Psaki yazda Ağ Evin mətbuat katibi vəzifəsini tərk edərək MSNBC televiziya kanalında işləməyi planlaşdırır. Xəbəri mənbələrə istinadən “Axios” nəşri yayıb.

Məqalədə qeyd edilir ki, Psaki artıq telekanalla danışıqlar aparır və may ayında işə başlaya bilər. Həmçinin bildirilir ki, o, Ağ Ev rəsmiləri ilə getməsinin detallarını müzakirə edir.

Nəşr qeyd edir ki, mətbuat katibi “Peacock” platformasında şou aparmağa başlayacaq və müxtəlif şoularda MSNBC kabel şəbəkəsinin canlı yayımlarında iştirak edəcək. Bu kanal, medianın hesablamalarına görə, demokratlara daha çox meyllidir.

Psaki bu yazda belə bir keçidin mümkünlüyünü hələ keçən ilin mayında açıqlamışdı.

Portalın yazdığına görə, Ağ Evin mətbuat işçiləri tez-tez vəzifədən ayrıldıqdan sonra televiziyada işləməyə gedirlər.