DÜNYA

02 Aprel

Almaniya Rusiya metallarının bir hissəsini sanksiyalar siyahısından çıxarıb

2 aprel. Fins.az – “Das Erste” xəbər verir ki, Almaniya hökuməti Aİ-dən Almaniya sənayesi üçün lazım olan bəzi metalların Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarılmasını razılıq alıb.

Almaniya martın ortalarında Aİ ilə konfidensial danışıqlarda Rusiyanın dövlət şirkətləri tərəfindən təchiz edilən bəzi metalların Rusiyaya qarşı yeni sanksiyalar layihəsinin siyahısına daxil edilməməsi üçün uğurla kampaniya aparıb.

Kanalın məlumatına görə, məhdudiyyətlər nikel, palladium, mis, dəmir filizi, alüminium və titan tədarükünə təsir etməyib. Onların idxalına qoyulan qadağa, bütün sənayelərin dayanmasına qədər Almaniya sənayesinə dərhal təsir göstərəcək.

Kanal göstərir ki, Almaniya Avstriya, Macarıstan və İtaliya ilə birlikdə Rusiyaya qarşı mübarizənin sərtləşdirilməsi məsələsində tərəddüd edən ölkələr qrupuna daxildir.