DÜNYA

01 Aprel

ABŞ-ın istiqraz bazarı son 40 ilin ən pis rübünü yaşadı

01 mart. Fins.az – Yanvar-mart aylarında ABŞ-ın istiqraz bazarı son 40 ildən artıq bir müddətdə ən pis rübünü yaşayıb  və indi bir çox investorlar sual verir: indi qiymətlərin aşağı  düşməsindən yararlanmağın və alışı bərpa etməyin vaxtı çatmayıbmı, - deyə, “The Wall Street Journal” yazır.

Əsasən ABŞ dövlət istiqrazlarına daxil olan, yüksək reytinqli korporativ istiqrazları və ipoteka ilə təminatlı qiymətli kağızları əhatə edən “Bloomberg US Aggregate” indeksi ilin əvvəlindən martın 30-na kimi 6 faiz azalıb. Bu, 1980-ci ildən bəri ən böyük rüblük azalmadır.

Dövlət iqtiqrazlarının gəlirliliyi, istiqrazların istifadə müddəti ərzində Federal Ehtiyatlar Sisteminin əsas faiz dərəcəsinin necə olacağı ilə bağlı gözləntiləri əhəmiyyətli dərəcədə əks etdirir. Son zamanlar FES-in uçot dərəcəsini nə qədər sürətlə artıracağına dair proqnozlar kəskin şəkildə artıb ki, bu da qiymətlərin aşağı düşməsinə və istiqraz gəlirlərinin artmasına səbəb olub. Bu ilin əvvəlindən iki illik xəzinə kağızlar üzrə gəlirlər 1984-cü ildən, beşillikdən isə 1987-ci ildən bəri ən böyük artım göstərib.

Baza dərəcəsi üzrə fyuçerslər onu göstərir ki, investorlar cari 0,25-0,5 faiz diapazonu ilə müqayisədə gələn il onun illik 3faizə qədər yüksələcəyini gözləyirlər.

Bununla belə, investorlar həm də,  bu səviyyəyə çatdıqdan sonra dərəcələrin tez düşəcəyini gözləyirlər. Bu nöqteyi nəzərin kökündə, son 40 ilin ən yüksək həddinə çatan inflyasiya, dövlət dəstəyi proqramının başlaması fonunda, müəssisələrin mal tədarükünün artması və istehlak xərclərinin azalması səbəbindən zəifləməyə başlayacaq. Məqalədə qeyd olunur ki, bir çox investorlar ABŞ iqtisadiyyatının əhəmiyyətli bir ləngimə olmadan faiz dərəcələrini 3 faiz həcmində saxlaya biləcəyinə şübhə edirlər.

Cümə günü ABŞ-ın on illik dövlət istiqrazlarının gəlirliyi bir gün əvvəl olan 2,339faiz göstəricisi ilə müqayisədə illik 2,424 faiz  səviyyəsindədir. Keçən ilin sonunda bu, illik 1,496 faiz təşkil edib və pandemiyanın ən yüksək həddə çatdığı dövrdə 0,501 faizə düşüb.