DÜNYA

01 Aprel

2021-ci ildə Amerika şirkətlərinin gəlirliliyi son 70 ilin rekordu olub

01 mart. Fins.az – Amerika şirkətlərinin 2021-ci il üçün ümumi mənfəəti 35faiz artıb. Bunu  ABŞ Ticarət Nazirliyinin məlumatlarına istinadən “Bloomberg” yayıb. Dörd rüb ərzində şirkətlərin marjaları (mənfəət-gəlir nisbəti) 1950-ci ildən bəri ən yüksək göstərici olan 13faizi keçib. Belə nəticələr ilk növbədə pandemiyadan sonra iqtisadiyyatın bərpası və istehlak tələbinin artması ilə bağlıdır. Şirkət işçilərinin maaşları da korporasiyaların mənfəətindən az olsa da artıb: 11faiz.

Mütəxəssislər bu il də yaxşı nəticələr proqnozlaşdırırlar. “Jerome Levy” Proqnozlaşdırma Mərkəzinin tədqiqat direktoru Robert Kinqin sözlərinə görə, FED-in əsas faiz dərəcəsinin artırılmasına baxmayaraq, ev təsərrüfatlarından tələb güclü olaraq qalır. Kinq hesab edir ki, 2022-ci ildə “vəsaitlərin birbaşa dövlət dəstəyindən özəl mənfəət mənbələrinə keçidi” baş verəcək. "Yüksək mənfəət firmaları daha çox işə götürməyə təşviq edir və yüksək əmək təklifinin olmadığı indiki şəraitdə hələ də çox əhəmiyyətli əmək haqqı artımı perspektivləri var"., – deyə ekspert bildirib.