DÜNYA

01 Aprel

Yaponiya neft siyasətində dünyada baş verənləri nəzərə alaraq hərəkət edəcək 

01 mart. Fins.az – Yaponiya strateji neft ehtiyatlarının sərbəst buraxılması məsələsində dünyada vəziyyətin inkişafını və ABŞ-ın mövqeyini nəzərə alaraq hərəkət edəcək. Bunu  Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda bəyan edib.

O, Beynəlxalq Enerji Agentliyinin (BEA) cümə gününə planlaşdırılan fövqəladə iclasından əvvəl mətbuat konfransında jurnalistlərə deyib: “Biz beynəlxalq vəziyyətə uyğun hərəkət etmək istərdik”. Konfransda təşkilata üzv ölkələrin müvafiq nazirləri dünya neft bazarının vəziyyətini müzakirə etməyi planlaşdırırlar.

Xəbər verdiyimiz kimi, bir gün əvvəl ABŞ prezidenti Co Bayden yaxın 6 ay ərzində ABŞ-ın strateji ehtiyatından bazara gündəlik orta hesabla 1 milyon barel neft göndərmək qərarına gəldiyini açıqlamışdı.

Bayden Ağ Evdə çıxışı zamanı deyib: "Bu gün mən növbəti altı ay üçün strateji ehtiyatdan gündə 1 milyon barel neftin buraxılmasını təsdiqlədim".

Eyni zamanda jurnalistlərin suallarını cavablandırarkən Ağ evin sahibi qeyd edib ki, rəhbərlik etdiyi administrasiyanın gördüyü tədbirlərin neftin qiymətini nə qədər aşağı salacağını dəqiq bilmir.

Haqiuda bununla bağlı deyib: “Sərbəstliyin yalnız ABŞ tərəfindən həyata keçiriləcəyi, yoxsa ABŞ-ın BEA-nın iclasında təkliflə çıxış edəcəyi bəlli deyil”.