DÜNYA

01 Aprel

“S&P” 2022-ci ildə qlobal iqtisadi artım proqnozunu endirib

01 aprel. Fins.az – “SP Global Ratings” beynəlxalq reytinq agentliyi beynəlxalq arenada baş verən son hadisələri nəzərə alaraq cari il üçün qlobal ÜDM-in artımı proqnozunu əvvəllər gözlənilən 4,2 faizdən 3,6 faizə endirib”. Yeni proqnoz agentliyin press-relizində açıqlanıb.

Press-relizdə  göstərilir: “Biz əvvəlki rüblük hesabatımızdan bu il qlobal ÜDM-in artım proqnozunda 60 bazis bənd – 3,6 faizə qədər azalma, bundan sonra 2023-cü  ildə 20 bazis bəndlik azalma proqnozlaşdırırıq”.

İndi “SP” 2023-cü ildə qlobal ÜDM-in əvvəllər gözlənilən 3,7 faiz əvəzinə 3,5 faiz artacağını və növbəti iki ildə bu tempin 3,4 faiz səviyyəsində qalacağını gözləyir.

Qlobal proqnozun aşağıya doğru korrektə edilməsindən danışan agentlik açıqlayır ki, Ukrayna ətrafındakı vəziyyətə görə avrozona iqtisadi artıma daha çox zərbə dəydiyin hiss edəcək. Çünki region Ukraynaya yaxındır və dünya enerji qiymətlərindən daha çox asılıdır. Ona görə “SP” avrozonada ÜDM-in bu il üçün artım proqnozunu 1,1 faiz bəndi azaldaraq 3,3 faizə endirib.

Həmçinin Asiya-Sakit okean regionu da, enerji asılılığına görə Rusiya-Ukrayna münasibətlərinin təsirinə məruz qalacaq. Artan enerji qiymətləri bu təsirin əsas səbəbləridir və o, həm iqtisadi artıma, həm də inflyasiyaya təsir edəcək. Çinin istənilən makroiqtisadi şoku kompensasiya etmək üçün fiskal stimulların köməyi ilə artımı 5 faiz ətrafında saxlaması gözlənilir.

Eyni zamanda, ABŞ-ın ÜDM-in artımı proqnozu 0,7 faiz bəndi azalaraq 3,2 faizə endirilib və burada agentlik daha yüksək bank dərəcələrini öz gözləntilərini korrektə etmək üçün əsas hərəkətverici qüvvə adlandırır.

Agentlik həmçinin Rusiyanın ÜDM-nin bu il 8-9 faiz azalacağını (əvvəllər proqnozlaşdırılan artım 2,7faiz) və gələn il nisbətən sabit olacağını proqnozlaşdırır.