DÜNYA

01 Aprel

Latviya Dəmir Yolları işçilərin ixtisarlarını davam etdirəcək

01 aprel. Fins.az – Latviyanın nəqliyyat naziri Talis Linkayts televiziya ilə çıxış edərək, bildirib ki, dövlət şirkəti olan “Latviyas dzelzcels” (LDz, "Latviya Dəmir Yolu") yük daşımalarının azalması səbəbindən daha 600-ə yaxın əməkdaşını işdən çıxara bilər.

2021-ci ildə şirkət təxminən 1400 nəfəri işdən çıxarıb.

“İlk araşdırmalar göstərir ki, 600-ə yaxın işçini hələ ixtisar etməkolar”, – deyən nazir, əlavə edib ki, LDz-yə müvafiq ssenarinin baş verəcəyi təqdirdə pessimist və optimist inkişaf ssenariləri və fəaliyyət planı hazırlamaq tapşırılıb.

"May ayında konkret fəaliyyət planı məlum ola bilər", - deyə Linkayts bildirib.

Onun sözlərinə görə, dəmir yolu nəqliyyatında Rusiya və Belarus yüklərini tam əvəz etmək mümkün olmayacaq, lakin onların Qazaxıstan, Özbəkistan və Çin kimi digər ölkələrin yükləri ilə əvəzlənməsi istiqamətində işlər aparılır.

Keçən ilin payızından başlayaraq, Latviya vasitəsilə aktiv şəkildə kömür daşıyan Qazaxıstan Sankt-Peterburqdan daşınan mallarının da Latviyaya yönləndiriləcəyini vəd edib. "Birinci belə yük aprelin 10-dan sonra Latviyada olmalıdır. O zaman biz əldə edilmiş bütün razılaşmaların yerinə yetirilib-yetirilmədiyini görəcəyik", - deyə nazir vurğulayıb.

“Latvijas Dzelzcels” dəmir yolu yüklərinin daşınması və dəmir yolu infrastrukturunun saxlanması ilə məşğuldur. LDz konserninə LatRailNet, LDz Cargo, LDz Infrastruktura, LDz Ritosa sastava serviss və LDz Apsardze şirkətləri daxildir.