DÜNYA

31 Mart

Yaponiya “Saxalin-2” layihəsindən çıxmayacağını bəyan edib

01 aprel. Fins.az – Yaponiya Rusiyanın "Saxalin-2" neft-qaz layihəsindən çıxmayacaq. Bu bəyanatı baş nazir Fumio Kişida ölkə parlamentində çıxışı zamanı səsləndirib.

Kisidadan deyib: "Ölkəmiz “Saxalin-2”-də paya malikdir və bu, uzunmüddətli perspektivdə sabit LPG təchizatına töhfə verir, ona görə də bu, enerji təhlükəsizliyi baxımından son dərəcə vacib layihədir".

"Ölkəmizin siyasəti layihənin iştirakçısı olaraq qalmaqdır", – deyə baş nazir əlavə edib.

Kişida onu da bildirib ki, buna baxmayaraq, Yaponiya digər G7 ölkələri kimi enerji sektorunda Rusiyadan asılılığı azaltmaq üçün səy göstərəcək. Ötən il Yaponiyaya LPG idxalının 9 faizini Rusiya təmin edib.

Bundan əvvəl də Yaponiya mətbuatı “Saxalin-2” layihəsində səhmlərə sahib olan “Mitsui Co” və “Mitsubishi Corp”-un layihədən çəkilməyi planlaşdırmadığını yazmışdı.