DÜNYA

01 Aprel

Akkuyu AES-in istifadəyə verilməsi ləngiyə bilər

“Bloomberg” Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının işə salınmasının mümkün təxirə salınması ilə bağlı məlumat əldə edib

01 aprel. Fins.az – “Bloomberg” iki türk mənbəsinə istinadən yazır ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Türkiyədə Akkuyu AES-in tikintisinə və maliyyələşdirilməsinə mane olur.

Agentlik yazır ki, xüsusilə də məhdudiyyətlər layihənin icra müddətinə təsir göstərə bilər.

Tikinti prosesində iştirak edən Türkiyədəki yüksək səviyyəli mənbə agentliyə bildirib ki, Türkiyə və Rusiya potensial məsələləri, o cümlədən “Rosatom” tərəfindən üçüncü ölkələrdən sifariş ediləcək avadanlıqların qorunmasını müzakirə edirlər.

Layihədə iştirak edən “Bloomberg” ikinci mənbəsi maliyyə problemlərindən danışıb. Onun sözlərinə görə, Rusiya bu problemləri gözlədiyi üçün Türkiyəyə layihənin maliyyələşdirilməsini öz üzərinə götürməyi təklif edib. Bundan sonra Türkiyə barter müqaviləsi çərçivəsində Rusiyadan təzminat tələb edə biləcək.

İkinci mənbə onu da bildirir ki, Ukraynada münaqişə başlayana qədər həm Rusiyadan, həm də üçüncü ölkələrdən sifariş edilən hissələrin və avadanlıqların tədarükü ilə bağlı heç bir problem olmayıb.

“Bloomberg” yazır ki, onun sorğusuna “Rosatom”dan cavab gəlməyib.

Martın ortalarında Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Akkuyu atom elektrik stansiyası layihəsində hər hansı ləngimə gözləmədiyini bildirib.

"Rosatom” burada təkcə podratçı deyil, enerji istehsalçısıdır. Onların investisiya öhdəlikləri var. Birinci bloku 2023-cü ildə, qalanını sonra təqdim edəcəyik", - deyə Türkiyə rəsmi bildirib.