DÜNYA

01 Aprel

ABŞ Hindistanın Rusiya enerji resurslarının idxalını kəskin artırmasının əleyhinədir

31 mart. Fins.az – Birləşmiş Ştatlar Hindistana Rusiyadan enerji resurslarının idxalını qadağan etməyəcək, lakin Vaşinqton bu təchizatların çox sürətlə artmasını istəmir. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik Müşavirinin müavini Dalip Sinqh Hindistana səfəri zamanı bildirib.

Qərb mediası onun sözlərini sitat gətirərək yazır: "Biz zaman keçdikcə Hindistana enerji ehtiyatlarını şaxələndirməyə kömək etməyə hazırıq, məsələn, müdafiə resursları məsələsində. Amma hazırda Rusiyadan enerji idxalına heç bir qadağa yoxdur".

"Görmək istəmədiyimiz şey, Rusiyadan enerji və ya digər ixrac məhsullarını Hindistanın idxalında artımasıdır ki, bu da həm bizim tərəfimizdən, həm də beynəlxalq sanksiyalar rejiminin digər təzahürləri ilə qadağandır", – deyə Ağ Ev rəsmisi bildirib.

O, aydınlaşdırıb ki, ABŞ bu məsələdə “qırmızı xətlər” çəkmir, lakin Avropa və Asiyadakı tərəfdaşlarını “etibarsız enerji təchizatçısından” asılılığı azaltmağa çağırır.

Dalip Sinqh həmçininbildirib ki, ABŞ müttəfiqlərinin Rusiya rublunun möhkəmlənməsinə yardım etməsini istəmir. O, izah edib ki, Vaşinqton “dollara əsaslanan maliyyə sistemini sarsıdan və ya ABŞ-ın maliyyə sanksiyalarından yayınan” mexanizmlərə qarşıdır.

Bundan yanaşı, Sinq Rusiya ilə Çin arasında artan əməkdaşlığın Hindistana mənfi təsir etdiyini müdafiə edir. O bildirib ki, Çin Rusiya Federasiyasına təsirini nə qədər artırsa, Hindistan üçün bir o qədər əlverişli olmayacaq. Sinq əlavə edib ki, Hindistanın Çinlə sərhədlərində gərginlik artarsa, Rusiyanın Dehliyə kömək edəcəyi gözlənilmir.

Media xatırladır ki, Sinq Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ölkəyə martın 31-dən aprelin 1-dək baş tutacaq səfərindən əvvəl Hindistana səfər edib.

KİV həmçinin bildirir ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Hindistan Rusiyadan ən azı 13 milyon barel neft alıb, halbuki bütün 2021-ci ildə Hindistanın analoji neft alışı həcmi 16 milyon barel təşkil edib.