DÜNYA

31 Mart

İtaliyada inflyasiya tarixi maksimumu yeniləyib

İtaliyada inflyasiya 1991-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

"Fins.az" xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, mart ayında İtaliyada illik inflyasiya 6,7% təşkil edərək ardıcıl doqquzuncu aydır yüksəlir. Fevral ayında inflyasiya 5,7% olub. Beləliklə, bu, 1991-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Məlumata görə, istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,2% artıb.