DÜNYA

31 Mart

İtaliyada məyusedici proqnozlar verilir

İtaliya qubernatoru etiraf edib ki, enerji və xammal qiymətləri əvvəlki səviyyələrə qayıtmayacaq

31 mart. Fins.az – İtaliyanın şimalındakı Veneto bölgəsinin prezidenti Luka Zaia “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, İtaliyada enerji və xammalın kəskin artan qiymətlərinin əvvəlki səviyyələrə qayıtmayacağı təhlükəsi var.

Onun sözlərinə görə, yeni qiymətlər təsərrüfatları istehsalı dayandırmağa məcbur edir, insanlar hesabı ödəyə bilmir.

"İstehsalın dayanmaq riski ilə üzləşirik. Bombasız müharibə şəraitindəyik", - deyəLika Zaia vurğulayıb.

Siyasətçi ölkədə bahalaşmanın əksər hallarda obyektiv səbəblərinin olmamasından və spekulyasiyadan qaynaqlanmasından narazılığını bildirib. "Aclıqdan ölənlər və spekulyasiya edənlər var... Əxlaqsız insanlar var ki, onlara başqalarının ac qalmasından sərbəst pul qazanmağa icazə verilir" deyən siyasətçi tənzimləyiciləri daha sərt nəzarətə çağırıb.