DÜNYA

31 Mart

Apple çip tədarükü ilə bağlı Çin şirkəti ilə danışıqlar aparır

Yaponiyadakı əsas tərəfdaşlarından biri təchizat riskləri ilə üzləşdiyi üçün Apple çip istehsalı üçün yeni təchizatçılar axtarır.

"Fins.az" xəbər verir ki, seçimlər arasında aparıcı Çin çip istehsalçısı var.

Məlumata görə, Apple, əsas çip tədarükçüsü istehsalı dayandırdığı üçün tədarük zəncirini şaxələndirməyə çalışır. Apple-ın əhəmiyyətli çip tədarükçülərindən biri olan Yaponiya mərkəzli Kioxia Holdings bəzi problemlərə görə istehsalın azalacağını açıqladı.

Bildirilir ki, “Apple” hazırda Çinin yarımkeçirici istehsalçısı “Yangtze”nin bəzi məhsullarını sınaqdan keçirir.Yangtze məsələ ilə bağlı şərh verməyib.

Apple-ın digər mühüm təchizatçısı Foxconn, Covid 19-a yoluxma hallarının artması səbəbindən Shenzhendəki fəaliyyətini dayandırdığını açıqlayıb. 

Çip böhranı elektronikadan avtomobilə qədər bir çox sektorda şirkətlərə təsir göstərir və onların istehsalını dayandırmasına səbəb olur.

Qeyd edək ki, covidin son 2 ildə yaratdığı logistika və təchizat problemləri dünyanın ən böyük istehlak elektronikası şirkəti olan Apple-a da mənfi təsir edib.

Vaşinqton və Pekin arasındakı ticarət gərginliyi nəzərə alınaraq, Apple və Yangtzenin əməkdaşlığının tənqid hədəfi ola biləcəyi ifadə edilir.