DÜNYA

31 Mart

Almaniya Putinin qazın rublla alınması tələblərini yumşaltdığını açıqlayıb

31 mart. Fins.az – Rusiya prezidenti Vladimir Putin ödəniş valyutası məsələsi ilə bağlı “dost olmayan ölkələrə” qaz satışı praktikasına erkən baxılacağını elan etdikdən bir həftə sonra tələblərini yumşaldıb.

Bloomberg xəbər verir ki, bu xəbəri,  Almaniya kansleri Olaf Şols ilə Rusiya lideri arasında çərşənbə günü, martın 30-da baş tutan telefon danışığına istinadla, Almaniya hökumətinin sözçüsü Şteffen Hebestrait bildirib.

Onun sözlərinə görə, Putin Berlinin Rusiya rublu ilə deyil, başqa formatda qaz almağa davam etməsinin mümkünlüyünü açıqlayıb. Ödənişə yenidən baxılma yalnız vasitəçiyə təsir edəcək - əgər əvvəllər şirkətlər təchizatçı ilə hesablaşmaq üçün ödənişləri Qərb banklarına köçürürdülərsə, indi onlar “Qazprombank” ilə əməkdaşlıq etməlidirlər.

Bu bank aktivlərinin həcminə görə Rusiyada üçüncüdür və hazırda hazırlanmaqda olan Aİ-nin yeni, beşinci sanksiyalar paketinə düşmür. Avro aldıqdan sonra bank onları rubla çevirməli və vəsaiti “Qazproma köçürməli olacaq.

Ali İqtidadiyyat Məktəbinin professoru və analitik Yevgeni Koqan “Telegram” kanalında qeyd edib ki, Putinin belə tələbi hələ də müqavilələri pozur, çünki bu, alıcılar üçün hesablaşma riskinin səviyyəsini dəyişir. Onun fikrincə, bu məsələdə güzəştə getmək ehtimalı var, lakin bu, Avropanın hələ nümayiş etdirmədiyi qarşılıqlı güzəşt tələb edir.

Rusiya tərəfi Putin və Şols arasında söhbətə dair mesajda qaz tədarükü ilə bağlı müzakirələrin təfərrüatlarını göstərməyib. Kremlin mətbuat xidməti bildirib ki, prezident ödəniş prosedurunun dəyişdirilməsinin səbəbini izah edib, həmçinin kansleri əmin edib ki, idxalçılar üçün müqavilə şərtləri dəyişməyəcək.