DÜNYA

31 Mart

Qazın satışı beynəlxalq rubl ehtiyatlarının yaradılmasını tələb edəcək

Ekspert rəyi: Dövlətlər qazın pulunu ödəmək üçün beynəlxalq rubl ehtiyatları yaratmalı olacaqlar

31 mart. Fins.az –Rusiya mediası  “Promsvyazbank”ın (PSB) bank və maliyyə bazarlarının təhlili departamentinin rəhbəri İlya İlinə istinadən yazır: “Rusiya qazının dost olmayan ölkələrə rublla satışı üçün ödənişlər böyük rubl ehtiyatlarının yaradılmasını tələb edə bilər”.

Ekspert hesab edir ki, “qaz ödənişlərinin rublla aparılmasına keçiləcəyi təqdirdə, yəqin ki, tərəfdaş ölkələr ödənişlərin rahatlığı üçün müəyyən rubl ehtiyatı yaradacaqlar”.

İlyin əlavə edib ki, anti-Rusiya sanksiyaları səbəbindən ölkənin xarici valyutada ehtiyatlarını azaltmaq zərurəti yaranıb. Bu onunla əlaqədardır ki, ödənişlərin dondurulması riski qarşısında dost olmayan ölkələrin valyutalarında ehtiyat toplamağın mənası yoxdur. Ona görə də Rusiyanın özündə rubl ehtiyatlarının görünməsini gözləməyə dəyər.