DÜNYA

31 Mart

Türkiyə Rusiyadan qaz almağa davam edir

Türkiyənin xarici işlər naziri Çavuşoğlu bildirib ki, Ankara Rusiya qazının təchizatı ilə bağlı problemlər yaşamır

31 mart. Fins.az – Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına müsahibəsində bildirib ki, Türkiyənin Rusiya qazı ilə bağlı problemi yoxdur.

Onun sözlərinə görə, Rusiyadan tədarük Türkiyənin qaz ehtiyacının 40 faizini ödəyir. Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl bu rəqəm 50 faiz  təşkil edirdi.

Çavuşoğlu qeyd edib ki, Ankara Rusiya Federasiyasına qarşı Qərbin sanksiyalarına qoşulmayıb.