DÜNYA

31 Mart

ABŞ Rusiya gübrələrini sanksiyalardan çıxarır

ABŞ Rusiyanın kənd təsərrüfatı məhsullarına qarşı sanksiyaları yumşaldır

31 mart. Fins.az – ABŞ Rusiyaya qarşı bəzi sanksiyaları yumşaltmaq qərarına gəlib. “Kommersant” nəşri xəbər verir ki, Birləşmiş Ştatlar xüsusilə məhsul qıtlığının qarşısını almaq üçün Rusiya Federasiyasından mineral gübrələrin idxalına qoyulan məhdudiyyətləri yüngülləşdiriblər.

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) martın 24-də Rusiya mineral gübrələrini mümkün sanksiyalardan faktiki olaraq çıxaran yeni baş lisenziya dərc edib”, - deyə qəzet yazır.

Bu mallar kənd təsərrüfatı məhsulları, dərman vasitələri və tibbi təyinatlı məhsullarla yanaşı, həyati əhəmiyyətli mallar siyahısına daxil edilib.

Nəşrin həmsöhbətlərinin fikrincə, bu, dünya bazarında xammal çatışmazlığı, eləcə də Rusiya Federasiyasından tədarüklə bağlı problemlərlə bağlıdır. İri logistika şirkətləri və daşıyıcıları Rusiya müəssisələri ilə əməkdaşlığı dayandırıb. Logistika məhdudiyyətlər tətbiq etməyən ölkələrin köməyi ilə idarə olunsa da, ekspertlər lisenziyanın dərcindən sonra vəziyyətin yaxşılaşdığını qeyd ediblər.