DÜNYA

31 Mart

Rusiya Avropaya qaz təchizatını dayandıra bilər

31 mart. Fins.az – “Kommersant” qəzeti etibarlı mənbələrə istinadən yazır ki, “Qazprom” dost olmayan dövlətlərə qaz nəqlini tamamilə dayandırmaq imkanını nəzərdən keçirir və belə bir addımın nəticələrini qiymətləndirir.

Martın 23-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın dost olmayan dövlətlərə qaz tədarükü üçün ödənişləri rubla çevirdiyini bəyan edib. Peskovun sözlərinə görə, Rusiya lideri bir həftə ərzində müvafiq mexanizmin işlənib hazırlanmasını tapşırıb.

G7 ölkələri (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada) Rusiya valyutası ilə “mavi yanacağın” tədarükü üçün ödənişdən imtina edir və Rusiya Federasiyasının bu qərarını müqavilələrin birtərəfli qaydada pozulması hesab edir.