DÜNYA

31 Mart

ABŞ bazara 1 milyon barel neft buraxacaq

ABŞ prezidenti Co Baydenin administrasiyası bir neçə ay ərzində strateji ehtiyatlardan gündəlik 1 milyon barel neftin buraxılmasını planlaşdırır.

Bu barədə Fins.az "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Ehtiyatlardan buraxılması planlaşdırılan neftin ümumi həcmi 108 milyon barelə çata bilər.

Məlumata görə, ABŞ Ukrayna ətrafında yaranmış vəziyyət fonunda neft və benzinin qiymətinin bahalaşması fonunda belə tədbirlər görür.