DÜNYA

31 Mart

Rusiyanın internet nəhəngi Yandex-də böhran yarana bilər

Mövzuya yaxın mənbələrin bildirdiyinə görə, Rusiyanın texnologiya şirkəti Yandex, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən 12-18 ay ərzində yarımkeçirici böhranı ilə üzləşə bilər.
"Fins.az xəbər verir ki, şirkət Rusiyaya idxal məhdudiyyətlərinə görə,yarımkeçirici çatışmazlığı yaşaya bilər.

Rusiya lideri Vladimir Putinin fevralın 24-də Ukraynanı işğal etməsindən sonra beynəlxalq tərəfdaşlıqları sona çatan Yandex, Kremlin internet qadağaları ilə də mübarizə aparır. Şirkətin İdarə Heyətinin 2 üzvü istefa verərkən, ABŞ sərmayələrində hədəfə alınan top-menecer Tiqran Xudaverdyan istefa verməyə məcbur olub. Aİ Yandex meneceri Xudaverdyanın işğal günü keçirilən iclasda iştirakına görə sanksiyalara məruz qaldığını açıqlayıb.

Bu inkişaflarla şirkətin bazar dəyəri noyabrda 31 milyard dollardan 6,8 milyard dollara enib.Rusiyanın yarımkeçirici və digər texnoloji avadanlıqlar üçün əhəmiyyətli yarımkeçirici istehsalçılarından biri olan Çinə müraciət edə biləcəyi bildirilsə də, Çinin beynəlxalq sanksiyalara məruz qalmaqdan çəkinə biləcəyi ifadə edilir.