DÜNYA

31 Mart

Putin xarici proqramlardan istifadəni qadağan edir

Rusiyada dövlət qurumlarına kritik infrastrukturlar üçün xarici proqram təminatı almaq və 2025-ci ildən kritik infrastrukturlarda xarici proqram təminatından istifadə etmək qadağan edilib.
"Fins.az"xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin ölkədə xarici proqram təminatının istifadəsinə müxtəlif qadağaların tətbiqi ilə bağlı imzaladığı fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Məlumata görə,ölkədə telekommunikasiya, nəqliyyat, enerji, maliyyə və səhiyyə kimi kritik infrastrukturlarda istifadə edilən xarici proqram təminatına qadağaların da yer aldığı fərmanda “31 Mart tarixindən etibarən dövlət qurumlarının icazəsiz kritik infrastrukturlar üçün xarici proqram təminatı alması qadağan edilib. " bəyanat daxil edilmişdir.

Fərmanla 2025-ci ilin yanvar ayından etibarən dövlət qurumlarına kritik infrastrukturlarda xarici proqram təminatından istifadə qadağan edilib, müvafiq qurumlara isə həmin tarixə qədər yerli proqram təminatına keçid tapşırılıb.