ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynaya birbaşa 500 milyon dollar yardım etmək niyyətində olduğunu bildirib.
"Fins.az"xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və Zelenski arasında telefon danışığı baş tutub, ABŞ və müttəfiqləri Ukraynaya hərbi, iqtisadi və humanitar yardımı və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.
Bayden Zelenskiyə ABŞ-ın Ukrayna hökumətinə 500 milyon dollar birbaşa büdcə yardımı etmək niyyətində olduğunu bildirib.
Görüş zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və Ukraynaya yeni humanitar yardımlar da müzakirə edilib, Zelenski Baydenə Ukraynanın Rusiya ilə danışıqları barədə məlumat verib.