DÜNYA

31 Mart

“Apple” və “Meta” səhvən istifadəçi məlumatlarını hakerlərə ötürdü

ABŞ-ın “Apple” və “Meta” şirkətləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən hakerlərə müştəri məlumatlarını təqdim ediblər.

“Fins.az” xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, saxta təcili məlumat sorğularına cavab olaraq şirkətlər hakerlərə qeydiyyatdan keçmiş istifadəçilər haqqında müştəri ünvanı, telefon nömrəsi və İP ünvanı kimi məlumatlar göndəriblər.

Agentlik qeyd edib ki, adətən bu cür sorğular axtarış qərarı və ya çağırış vərəqəsi ilə müşayiət olunur, lakin fövqəladə hallarda müraciətlər üçün məhkəmə qərarı tələb olunmur.

“Bloomberg” vurğulayıb ki, hakerlərin əlinə keçən istifadəçi məlumatlarının sayı naməlum olaraq qalır.