DÜNYA

30 Mart

Avropada qazın qiyməti min kubmetr üçün 1340 dolları ötüb

30 mart. Fins.az – London ICE birjasının məlumatlarına görə, çərşənbə günü Avropada qazın qiyməti 9 faiz artaraq, hər min kubmetr üçün 1340 dollardan bir qədər yuxarı səviyyəyə çatıb.

Avropanın ən böyük mərkəzi TTF habı üzrə aprel fyuçerslərinin qiyməti ticarət sessiyasının açılışında min kubmetr üçün 1250 dolları bir qədər ötüb. Sonra kotirovkalar 1231,9 dollara düşüb ki,bu da minimum qiymətsayılırdı. Volital başlanğıcdan sonra kotirovkalar 1400-1410 dollar səviyyəsində sabitləşib və sonra maksimum qiymət 1416,1 dollara çatıb.

Ticarətin ikinci yarısında kotirovkalar təxminən 1330-1370 dollar diapazonunda olub. Nəticədə bağlanış qiyməti hər min kubmetr üçün 1342,1 dollar təşkil edib ki, bu da çərşənbə axşamı hesablaşma qiymətindən (1232,7 dollar) 8,9 faiz çoxdur.

Avropa bazarında qazın qiyməti ötən ayın sonundan etibarən güclü volatillik nümayiş etdirir. Bu, Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyini tanımasından və Ukraynada hərbi əməliyyata başlamasından sonra baş verib. Martın əvvəlində Avropada Rusiyanın enerji resurslarının alınmasına qoyulan qadağa qorxusu səbəbindən qazın qiymətləri ardıcıl dörd gün ərzində öz tarixi maksimumlarını yeniləyib, bundan sonra ayın ortalarına qədər təxminən üçdə bir qədər ucuzlaşıb. Hazırda maksimum qiymət 3892 dollar təşkil edir. Bu, martın 7-də əldə olunub.

Lakin Avropada qazın qiymətlərində əhəmiyyətli artım ötən ilin yazında, TTF habı indeksi üzrə orta spot qiymətin min kubmetr üçün 250-300 dollar diapazonunda dəyişdiyi vaxt başlayıb. Yayın sonunda “bir gün əvvəl” çatdırılma ilə müqavilənin dəyəri 600 dolları ötüb, oktyabrın əvvəlində isə artıq 1000 dollar olub.

O zaman ekspertlər qiymət artımını bir neçə amillə əlaqələndirirdilər: Asiyada mayeləşdirilmiş təbii qaza (LNG) yüksək tələbat, əsas tədarükçülərdən tədarükün məhdudluğu, eləcə də uzun soyuq qış və 2021-ci ilin yayındakı istilərdən sonra Avropanın yeraltı anbarlarının aşağı doluluq səviyyəsi. Belə davamlı yüksək qiymətlər Avropada qaz qovşaqlarının istismarının bütün tarixində - 1996-cı ildən bəri müşahidə edilməmişdir.