DÜNYA

29 Mart

Porsche AG-nin IPO planı ilə bağlı AÇIQLAMA

Volkswagen-in ən böyük səhmdarı Porsche SE, Volkswagen-in lüks idman avtomobil istehsalçısı Porsche AG-nin IPO-ya çıxarılması üçün təklif etdiyi planı dəstəkləyir.

"Fins.az" xəbər verir ki, buna baxmayaraq holdinqin bu barədə olan  açıqmasında çərşənbə axşamı günü yekun qərarın verilmədiyini bildirib.

Fevral ayında Volkswagen tərəfindən təklif edilən plana avtomobil istehsalçısının 25% üstəgəl 1 adi səhmini Porsche SE-yə satmaq, həmçinin Porsche AG-nin imtiyazlı səhmlərinin 25%-ə qədərini siyahıya almaq və IPO-dan əldə olunan gəlirin 49%-ni Volkswagen-in səhmdarlarına ödəmək daxildir.

"Porsche SE bununla da Volkswagen AG-nin  maliyyə çevikliyini genişləndirmək və qrupun texnoloji transformasiyasını sürətləndirmək planlarını dəstəkləyir", - deyə Porsche SE illik nəticələrini açıqlayan bəyanatda bildirib.