ABŞ prezidenti Co Bayden bildirib ki, Polşaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin haqqında “Bu adam hakimiyyətdə qalmamalıdır” sözləri ABŞ siyasətində hər hansı dəyişikliyə işarə etmir.
"Fins.az" xəbər verir ki,Bayden bu gün Konqresə təqdim etdiyi 2023-cü maliyyə ili büdcəsi ilə bağlı Ağ Evdə açıqlamalar verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
O, Polşaya səfərinin sonunda “Bu adam hakimiyyətdə qalmamalıdır” deyib, daha sonra Ağ Ev rəsmisi “Baydenin bəyanatları rejim dəyişikliyinə çağırış deyil” deyə açıqlayıb.. Bayden bəyanatı ilə bağlı suallara cavab olaraq bildirilib ki,mən bu məsələdə geri addım atmıram. Putinin vəhşi hərəkətlərinə qəzəbimi ifadə edirdim. Bu bəyanatı ukraynalı ailələrlə görüşəndən az sonra verdim. Mən burada hər hansı rejim dəyişikliyindən danışmıram. Həmçinin, buna görə üzr istəməyəcəyəm