DÜNYA

29 Mart

Ukrayna buğdanın ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq istəyir

Əvvəllər qarğıdalı və günəbaxan yağının ixracına qoyulan məhdudiyyətləri aradan qaldıran Ukraynada yeni məhsul və əkin gözlənilir.

"Fins.az"-ın xəbərinə görə ,bildirilir ki, ərzaq təhlükəsizliyi Kiyev administrasiyası tərəfindən təmin olunarsa, digər kənd təsərrüfatı mallarına qoyulan məhdudiyyətlərin yumşaldılması müzakirə oluna bilər.

Bloomberg-in məlumatında qeyd olunur ki, Rusiyanın işğalına baxmayaraq, yazda buğda məhsulu risk həddindən yuxarı qalxarsa, Ukraynanın gələn ay ixrac məhdudiyyətlərini yumşalda biləcəyi bildirilib. Müharibə səbəbiylə bir çox limanın gəmi hərəkətinə bağlandığı ölkədə daşımaların necə həyata keçiriləcəyi məlum deyil.

İqtisadiyyat nazirinin müavini Taras Kaçka Bloomberg News-a bildirib ki, bu il ərzaq təhlükəsizliyi təmin olunarsa, Nazirlər Kabineti buğdanın xaricə ixracı üçün lisenziya tələbinin ləğvini müzakirə edə bilər.

Mart ayında hökumət buğda, qarğıdalı, günəbaxan yağı, un və yumurta kimi ölkənin əsas kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmaq üçün lisenziyalaşdırma tətbiq edib.Lakin ölkə ehtiyatlarının lazımi səviyyəyə çatması və fermerlərin fəaliyyətini davam etdirməsi üçün valyutaya ehtiyac yarandığı üçün ötən həftə qarğıdalı və günəbaxan yağının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Ukrayna rəsmisi fikirlərinin davamında ümid edirik ki, buğda üçün ixrac icazəsi alacağıq" deyən Kaçka, "məhsul yığımı başlayıb və biz səbirsizliklə nəticələri gözləyirik. Bu ola biləcək ən yaxşısı olacaq. Bu ilki məhsul proqnozunun nə olacağını və hazırkı ehtiyatlarımızı görəndə tarazlı qərar verəcəyik "-deyə qeyd edib.