DÜNYA

28 Mart

Kreml Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə açıqlama verib

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş məsələsində hələlik irəliləyiş yoxdur.

Bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların yekununda prezidentlərin görüşü ilə bağlı hər hansı addımın gözlənilmədiyini bildirib.

Qeyd edək ki, iki ölkə nümayəndələri arasında danışıqların növbəti mərhələsi martın 28-30-da İstanbulda keçiriləcək.