DÜNYA

28 Mart

Bazar ertəsi səhər Avropada qaz fyuçerslərinin satışında azalma gedib

Bazar ertəsi Avropa qaz fyuçersləri cümə günü hesablaşma qiymətindən 1,9-8,2 faiz aşağı satılıb

Fins.az dünya qaz bazarında fyuçerslərin alış-verişinin təhlilini aparan statistikaya rəğmən bildirir ki,  London ICE birjasının məlumatlarına əsasən, Avropada qaz fyuçersləri hələ də azalma ilə - hər min kubmetr üçün 1060-1130 dollar qiymət intervalında satılır ki, bu da cümə günü hesablaşma qiymətindən 1,9-8,2 faiz aşağıdır.

Avropanın ən böyük habı olan TTF indeksi üzrə aprel fyuçerslərinin dəyəri ticarət sessiyasının açılışında, demək olar ki, 1115 dollar təşkil edib və az bir müddət sonra 1057,8 dollara düşüb. Hələ ki bu, ticarətin aşağı qiymətidir və cümə günü hesablaşma qiymətindən, yəni  1151,8 dollardan  8,2 faiz  aşağıdır. Sonra kotirovkalar bir qədər bahalaşaraq maksimum 1129,7 dollara çatıb ki, bu da əvvəlki ticarət gününün yekun qiymətindən 1,9% aşağıdır. Fyuçerslər son dəqiqələrdə 1100-1115 dollar diapazonunda dəyişir.

Avropa bazarında qazın qiyməti ötən ayın sonundan etibarən güclü volatillik nümayiş etdirir. Bu qiymət sıçrayışı RF prezidenti Vladimir Putinin fevralın 21-də Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyini tanıyan fərmanlar imzalamasından və fevralın 24-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra başlayıb. Martın əvvəlində Avropada Rusiyanın enerji resurslarının alınmasına qoyulan qadağa qorxusu səbəbindən qazın qiymətləri ardıcıl dörd gün ərzində öz tarixi maksimumlarını yeniləyib, bundan sonra ayın ortalarına qədər təxminən üçdə birqədər  ucuzlaşıb.

Lakin Avropada qazın qiymətlərində əhəmiyyətli artım ötən ilin yazında, TTF habının indeksi üzrə orta spot qiymətin min kubmetr üçün 250-300 dollar diapazonunda dəyişdiyi vaxt başlayıb. Yayın sonunda "bir gün əvvəl" çatdırılma ilə müqavilənin dəyəri 600 dolları ötdü, oktyabrın əvvəlində isə artıq 1000 dollar idi. Maksimum qiymət 3892 dollarla bu il martın 7-də qeydə alınıb.

Ekspertlər qiymət artımını bir neçə amillə əlaqələndirirlər: Asiyada mayeləşdirilmiş təbii qaza (LNG) yüksək tələbat, əsas təchizatçılardan məhdud tədarük və 2021-ci ildə uzun soyuq qış və isti yaydan sonra Avropanın yeraltı anbarının aşağı səviyyədə doluldurulması. Bu cür sabit yüksək qiymətlər Avropada qaz qovşaqlarının istismarının bütün tarixində - 1996-cı ildən bəri müşahidə edilməmişdir.