DÜNYA

28 Mart

Aİ iki ilə Rusiya qazından imtina edə bilər

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi / Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell hesab edir ki, Aİ ölkələri iki il ərzində Rusiya qazından imtina edə bilər.

"İki il ərzində Avropa Rusiya qazından imtina edəcək", - Borrell qeyd edib

Onun sözlərinə görə, Aİ qaz tədarükü üçün müxtəlif mənbələrdən istifadə etməyi planlaşdırır.

"Biz Avropanın Rusiyanın enerji resurslarına qadağa qoymağa yox, onlardan asılılığını azaltmağa çalışırıq", - Borrell əlavə edib.

Rusiya Avropaya ən böyük qaz ixracatçısıdır və regionda istehlak edilən qazın təxminən 40%-ni təmin edir.