DÜNYA

25 Mart

Avropa İttifaqı ABŞ-la enerji sazişi imzalayıb

Avropa İttifaqı (Aİ) enerji sahəsində Rusiyadan asılılığını azaltmaq üçün ABŞ-la enerji təchizatı sazişi imzalayıb.

Fins.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Müqaviləyə əsasən, ABŞ bu ilin sonuna qədər Avropa ölkələrinə ən azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edəcək.

Müqavilə Avropanın enerji baxımından Rusiyadan asılılığını azaltmaq məqsədi daşıyır. ABŞ prezidenti Co Bayden və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin razılaşmanı tezliklə elan edəcəyi gözlənilir.

Əlavə edək ki, Rusiya Avropa İttifaqının ən böyük təbii qaz tədarükçüsüdür və Avropa Rusiyanın enerji  idxalının 40%-dən çoxunu təşkil edir.