DÜNYA

25 Mart

Aİ ölkələri Ukraynanın bərpası üçün fond yaradacaq

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Rusiyanın hərbi əməliyyatı başa çatdıqdan sonra ölkənin yenidən qurulmasını maliyyələşdirmək üçün Ukrayna ilə həmrəylik fondunun yaradılması barədə razılığa gəliblər.

Fins.az xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında qeyd edilib.

"Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynaya dəyən ziyanı və böyük itkiləri nəzərə alaraq, Avropa İttifaqı Rusiyanın hərbi əməliyyatları dayandırıldıqdan sonra Ukraynanın bərpasına dəstək verməyə hazırdır”, - bəyanatda bildirilib.