DÜNYA

25 Mart

Avropa Parlamenti Moldovaya 150 milyon avro ayırdı

Avropa Parlamenti COVID-19 pandemiyası və enerji böhranı səbəbilə iqtisadi çətinliklərlə üzləşən Moldovaya 150 milyon avroluq maliyyə dəstəyini təsdiqləyib.

Fins.az xəbər verir ki, Avropa Parlamenti Baş Assambleyasının Brüsseldə keçirilən sessiyasında Moldovanın tələbi ilə Avropa Komissiyasının hazırladığı makro maliyyə dəstəyi paketi səsə qoyulub.

Avropa Parlamentinin deputatları paketi 558 "hə", 20 "xeyr" və 10 "bitərəf" səsi ilə qəbul edib.

Paketə əsasən, Moldovaya xarici maliyyə ehtiyaclarını ödəmək üçün 120 milyon avro kredit və 30 milyon avro qrant daxil olmaqla cəmi 150 milyon avro veriləcək. Moldova sözügedən resursa çıxış üçün Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı iqtisadi proqramı həyata keçirməli olacaq.

 

© TRT Haber