Fins.az-ın əldəetdiyi məlumata görə Avstriya Sənayeçilər Assosiasiyasının rəhbəri Georq Knill cümə axşamı bildirib ki, Rusiyadan neft və qaz tədarükündən kəskin və düşünülmədən imtina etmək Avstriyada sənayeni və iş yerlərini məhv edəcək.
O, qeyd edib ki, sənaye indiyədək Avropa İttifaqının Rusiyaya qarşı həyata keçirdiyi bütün tədbirləri dəstəkləyib, lakin indi öz enerji təchizatını təhlükəyə atmamağa çağırır.
"Rusiyadan neft və qaz tədarükünün qəfil və plansız dayandırılmasını tələb edənlər ilk növbədə Avstriya kimi ölkələrin qısa müddətdə lazımi enerji mənbələrini haradan və necə əldə etməli olduqlarını izah etməlidirlər. Qaz klapanını bir gecədə söndürmək gündəlik həyatımız, enerji təchizatımızı və bütövlükdə iqtisadiyyatımızı üçün fəlakətli olardı. Bununla biz sənayemizi və iş yerlərimizi məhv edəcəyik”, - deyə Knill bu fikirləri Aİ səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, Avstriyada qısa müddətdə Rusiya qazına alternativ yoxdur, ona görə də gələcəkdə Avropaya enerji təchizatının şaxələndirilməsinin qayğısına qalmağı zəruri hesab edir.
"Avropanın son hadisələrdən dərs alması vaxtıdır. Etibarlı və sərfəli enerji təchizatı bizim yüksək həyat keyfiyyətimiz və iqtisadi uğurlrımız üçün xilasedici kəmər olardı. Bunun üçün bizə, iqlim neytrallığına keçid sahəsində olduğu kimi, rəqabətqabiliyyətli biznesə şərait yaradan, şirkətlərimizi və onların işçilərini möhkəmləndirən, müvafiq çərçivə şərtləri lazımdır”, – deyə Knill fikrini yekunlaşdırıb.
Bundan əvvəl Avstriya kansleri Karl Nehammer Rusiya qazından və neftindən dərhal imtina etməyi qeyri-mümkün və yanlış adlandırmışdı, çünki ölkə tələb olunan qazın 80 faizə qədərini Rusiyadan alır.
Bir sıra Qərb ölkələri Ukraynaya görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib. Bir sıra şirkətlər Rusiya bazarından çəkildiklərini və Rusiya Federasiyasındakı istehsal müəssisələrini bağladıqlarını bəyan ediblər. Kremlin əvvəlcədən dediyi kimi, Qərbin sanksiyaları çox ciddidir, Rusiya onlara əvvəlcədən hazırlaşırdı, Rusiya Federasiyasının maraqlarına cavab verən cavab tədbirləri hazırlamaq üçün idarələrin təhlilini və əlaqələndirilməsini tələb edilir.
Daha sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Putin həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, valyuta ehtiyatlarını dondurub. O əlavə edib ki, indiki hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.