DÜNYA

24 Mart

Çin Rusiyadan ucuz neft alır

Çindəki neft emalı zavodları Rusiyadan ucuz neft alır.

Fins.az xəbər verir ki, ölkənin müstəqil neftayırma zavodları nefti Rusiyadan alırlar.

 

Bir çox neft şirkəti isə Rusiya ilə əməkdaşlığa görə sanksiyalarla üzləşə biləcəyindən ehtiyat edərək, ölkədən neft alışını dayandırıb. Lakin Çinin müstəqil neft emalı zavodları ölkənin neft tutumunun dörddə birini Rusiyadan təmin edir.

Məlumata görə, Çinin "Teapot" adlı müstəqil neft emalı zavodları Rusiyanın "ESPO" nefti ilə yanaşı, "Ural "neftini də almağı planlaşdırırlar.

© Bloomberg