DÜNYA

18 Mart

Bu ölkə borcunu rublla ödəyəcək

Belarus prezidenti Aleksandr Lukaşenko sanksiyalar səbəbilə Maliyyə Nazirliyinə, müəssisə və banklara milli valyuta (rubl) ilə xarici borcu ödəmək hüququ verib.

Fins.az xəbər verir ki, “İqtisadiyyatın stabil fəaliyyətinin təmin edilməsinə dair əlavə tədbirlər haqqında” prezidentin sərəncamı Maliyyə Nazirliyinin saytında dərc olunub.

Bu qərar Belarusa qarşı sanksiya tətbiq edilən ölkələrə tətbiq edilir. Buna səbəb Belarusda həyata keçirilən investisiya layihələrinin faktiki olaraq dondurulması, onların maliyyələşdirilməsinin dayandırılması, dövlət borcu üzrə ödənişlərin texniki imkanlarından məhrum edilməsi olub", - məlumatda deyilir.

 

© lenta.ru