"Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyata ciddi ziyan vura bilər və inflyasiyanın artmasına səbəb ola bilər".
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun sözçüsü Cerri Rays açıqlayıb.
"Çin müharibədən məhdud şəkildə təsirlənəcək. Lakin yüksək neft qiymətləri ölkədəki tələbi və investisiyaları azaldacaq"- deyə sözçü bildirib.