DÜNYA

18 Mart

Belarusun ÜDM-i 1,2% böyüyüb

Belarusun bu ilin yanvar-fevral aylarında ümumi daxili məhsulu (ÜDM) 28,1 milyard Belarus rublu təşkil edib. Bu da ötən ilin eyni dövrü  ilə müqayisədə 1,2% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

Əlavə edək ki, son 2 ayda Belarusda sənaye istehsalı 27,3 milyard Belarus rublu təşkil edib.