İngiltərə Rusiyaya dəbdəbəli məhsulların ixracının qadağan edildiyini və bu ölkədən idxal edilən məhsullara 35 %-ə qədər əlavə vergi tətbiq ediləcəyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, İngiltərə hökuməti Ukraynanın işğalından sonra Rusiyaya qarşı elan etdiyi son sanksiya paketində bu ölkəyə lüks məhsulların ixracını qadağan edib və Rusiyadan idxal ediləcək məhsullara əlavə vergi tətbiq edilməsinə qərar verib.
İngiltərə Beynəlxalq Ticarət Nazirliyi və Xəzinədarlığının çərşənbə axşamı verdiyi birgə bəyanatda, Rusiyadan idxal edilən araq, gübrə, polad və alüminium kimi məhsullara əlavə 35% vergi tətbiq edildiyi açıqlanıb. Hədəfə götürülən məhsulların 900 milyon funt sterlinq (1,2 milyard dollar) dəyərində olduğu bildirilib.
Maliyyə Naziri Rişi Sunak "Artırılmış vergi dərəcələri Rusiya iqtisadiyyatını qlobal ticarətdən daha da təcrid etməyə kömək edəcək. Bu, təzyiq yaratmaq səylərimizə əlavə olunacaq"-deyə qeyd edib
Avropa Birliyinin də analoji sanksiyaları elan etməyə hazırlaşdığı və Böyük Britaniyanın gün ərzində daha çox Rusiya fərd və qurumlarına qarşı sanksiya elan edəcəyi bildirilir.
Ukraynadakı müharibə səbəbindən bir çox oliqarxa, o cümlədən "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçə qarşı sanksiya tətbiqi ilə bağlı Britaniya da Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırır. Ada ölkəsi də Avropa İttifaqı və ABŞ-ın qəbul etdiyi sanksiya qərarlarını icra etməyə imkan verən qanun layihəsini də sürətlə qəbul etdi.
Ölkənin qəbul etdiyi ixrac qadağası qərarının lüks seqmentdə geyim, avtomobil və sənət əsərlərini də əhatə edəcəyini qeyd edən Beynəlxalq Ticarət Nazirliyi, qəbul edilən qərarların qısa müddətdə həyata keçiriləcəyini gözlədiklərini bildirib.