Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam nəzarətə götürüb.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Federasiyasının silahlı qüvvələri Xerson vilayətinin bütün ərazisini tam nəzarətə götürüb”, - deyə o vurğulayıb.
O həmçinin əlavə edib ki, silahlı birləşmələr hücumu davam etdirərək ukraynalı millətçilərin müdafiəsini yarıb Panteleymonovka qəsəbəsini nəzarətə götürərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatıblar.