Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin istifadə etdiyi xarici icarəyə götürülmüş təyyarələrin bu şirkətlərin mülkiyyəti kimi qeydiyyata alınmasına icazə verən fərman imzalayıb.
"Fins.az" xəbər verir ki, Rusiya aviaşirkətləri tərəfindən icarəyə götürülmüş xarici təyyarələrin Rusiyada həmin şirkətlərin mülkiyyəti kimi qeydiyyata alınmasına icazə verilir.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Ukrayna müharibəsi səbəbindən problem yaşayan Rusiya aviaşirkətlərinə müxtəlif hüquqlar verilib.
Müvafiq olaraq, Rusiya hava yolları şirkətləri tərəfindən icarəyə götürülmüş xarici təyyarələr sözügedən şirkətlərin mülkiyyəti kimi Rusiyada qeydiyyata alına və Rusiya daxilində istifadə oluna biləcək.
Qeyd edək ki, Rusiyada bəzi aviaşirkətlər və tur şirkətləri Rusiya təyyarələrinin Qərb şirkətləri tərəfindən ələ keçirilməsi riski ilə əlaqədar beynəlxalq uçuşları dayandırıb.