DÜNYA

14 Mart

“Pampers” və “Fairy” istehsalçısı Rusiyada qiymətləri - 40% QALDIRIB

Amerikanın gigiyena və məişət kimyası məhsulları istehsalçısı olan “Procter Gamble martın 15-dən Rusiyada qiymət artımı elan edib”.

Qeyd edək ki, şirkət “Ariel”, “Tide”, “Lenor”, “Fairy”, “Pampers”, “Always”, “Head Shoulders, Pantene”, “Blend-a-med” və digər markaların sahibidir.

Şirkət nümayəndələrinin sözlərinə görə, bahalaşma rublun ucuzlaşması, materialların qiymətinin artması və daha mürəkkəb logistika ilə bağlıdır. Belə ki, məhsulların 60%-dən çoxu Rusiyadakı iki fabrikdə istehsal olunur. İstehsalın əhəmiyyətli hissəsi Polşadan gətirilib və indi logistika şöbəsi tədarükün alternativ yollarını axtarmalıdır, ona görə də qiymət artır.

Yaranmış vəziyyətlə əlaqədar “Procter Gamble” aşağıdakılar üçün alış qiymətlərini artıracaq:

– paltar yuyucu vasitələr – 30%

– digər yuyucu vasitələr – 26%

– peşəkar təmizlik məhsulları – 74%.

Körpələrin (+47%) və qadınların gigiyena vasitələri (+33%), gözəllik və sağlamlıq, (+67%), saça qulluq (+63%), eləcə də ağız baxımı məhsullarının (+58%) bahalaşması gözlənilir.

“NappyClub”ın rəhbəri Roman Kvinikadze qeyd edir ki, “Procter Gamble” bu addım atmağa məcbur olub – logistika ilə bağlı çətinliklər həqiqətən malların qiymətini artırır. Bundan əlavə, məsələn, birdəfəlik uşaq bezləri üçün materiallar daha çox xaricdən gətirilir.