DÜNYA

14 Mart

Rusiyanın 300 mlrd. dollarlıq ehtiyatlarına çıxışı məhdudlaşdırılıb

"Sanksiyalara görə, Rusiya ehtiyatlarının 300 milyard dollarını istifadə edə bilmir".

Fins.az xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya-1” kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya cəmi 640 milyard dollar civarında ehtiyata sahibdir: “Hazırda Rusiya bu ehtiyatın 300 milyard dollarından istifadə edə bilmir. Ehtiyatın bir hissəsi Çindədir və Qərb ölkələri indi Çinə təzyiq edir. Əgər Rusiya ehtiyatlarından istifadə edə bilməsə, xarici borclarını rublla ödəyəcək”.