DÜNYA

14 Mart

Yaponiya Rusiya ilə iqtisadi əməkdaşlığı təxirə salıb

“Hazırda büdcəyə yenidən baxmağı planlaşdırmırıq. Bu, xüsusən də Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafı xərclərini nəzərdə tutur”.

Fins.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida açıqlayıb.

Eyni zamanda, müxalifət Ukrayna ətrafındakı vəziyyət fonunda Rusiya ilə əlaqələrin gücləndirilməsinin qeyri-mümkün olduğunu bildirib. Çünki bu, Yaponiyanın Qərb ölkələri və bütün beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunmasına səbəb ola bilər.

Əlavə edək ki, Yaponiya Rusiya ilə iqtisadi əməkdaşlıq sahəsində layihələrin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.