DÜNYA

20 Sentyabr

Ərəb ölkələri arasında ən çox pul köçürmələri Livandadır

Adambaşına düşən pul köçürmələrinə görə Livan ərəb ölkələri arasında birinci yerdədir.

Fins.az-ın məlumatına görə, bu məbləğ 923 ABŞ dolları təşkil edir.

Ərəb Bankları Birliyinin baş katibi Vissam Fəttuh Livanın pul köçürmə mənbələrinin müxtəlifliyinə görə də ərəb ölkələri arasında birinci yerdə olduğunu vurğulayıb.

Bankir 2020-ci ildə Livana 6,3 milyard dollarlıq pul köçürmələrinin Ərəb bölgəsinin ümumi həcminin 11,5 faizi təşkil etdiyini bildirib.

Qeyd edilir ki, son iki ildə Livan əhalisinin əksəriyyəti Livandakı bank böhranı və əmanətçilərin əmanətlərini geri çəkə bilməməsi səbəbindən qaynaqlanır.