DÜNYA

16 Sentyabr

Apple təqdimatdan sonra iki iPhone modelini satışdan çıxarır

Amerikanın Apple şirkəti yeni texnologiyanın təqdimatından bir gün sonra iPhone 12 Pro və iPhone XR smartfonlarını satışdan çıxardı.

Çərşənbə günü müvafiq modellər şirkətin onlayn mağazasından silindi. Şirkət bu qərarın səbəbləri ilə bağlı açıqlama verməyib.

Apple illik payız təqdimatında yeni iPhone 13 və iPhone 13 mini modellərini təqdim etdi. ABŞ -da bu modellərin qiyməti müvafiq olaraq 799 və 699 dollardan başlayır. Yeni məhsulların təqdimatından sonra media və sosial şəbəkələrdəki istifadəçilər yeni modellərin şirkətin əvvəlki illərdəki smartfonlarından çox da fərqlənmədiyini qeyd edib.

Müəllif:Aynur Qəniyeva