DÜNYA

15 Sentyabr

Baydenin Microsoft və Walt Disney rəhbərləri ilə \"peyvənd müzakirəsi\"

ABŞ Prezidenti Co Bayden, Walt Disney və Microsoft da daxil olmaqla bəzi şirkətlərin rəhbərləri ilə görüşəcək və görüşlərdə şirkətlərin Covid-19 peyvənd proqramları müzakirə ediləcək.
Fins.az xəbər verir ki,ABŞ Prezidenti Co Bayden bu gün Walt Disney, Microsoft və Walgreens Boots Alliance kimi şirkətlərin rəhbərləri ilə görüşəcək.

Wall Street Journal qəzetinin yazdığına görə, toplantıda özəl sektorda peyvəndlənmənin zəruriliyi və bununla bağlı nə qədər irəliləyiş olduğu müzakirə ediləcək.

Koronavirusla mübarizə çərçivəsində, Bayden hökuməti, keçən həftə böyük şirkətlər də daxil olmaqla, qurumlara doğru yeni addımlar atdı və imzaladığı fərmanla, bütün federal və sağlamlıq işçiləri və 100 -dən çox işçisi olan iş yerlərində peyvənd edilməsini məcbur edib.

Bayden, hələ peyvənd olunmayanlara da səslənərək  “Peyvənd olunmaq üçün nə gözləyirsiniz? "Peyvənd şəxsi azadlıq deyil, ətrafınızı qorumaqdır" deyib.

Müəllif:Aynur Qəniyeva