DÜNYA

15 Sentyabr

“Facebook”un “ağ siyahı”sında olanlara sosial şəbəkənin qaydaları şamil edilmir

“Facebook” şirkəti sosial şəbəkənin imtiyazlı istifadəçilərinin siyahısına malikdir. Adları siyahıda olanlara şəbəkə qaydalarının bir qismi şamil edilmir.

Həmin istifadəçilərin postlarına xüsusi proqram nəzarət edir. Bunun sayəsində şəbəkə alqoritmi onların müəyyən qaydaları pozan paylaşımlarını gizlədə bilmir.

İddialara görə, ötən il “ağ siyahı”dakı istifadəçilərin sayı 5.8 milyon nəfər olub. Onların arasında siyasətçilər, şou-biznes nümayəndələri, idmançı və bloqerlər də var.

Mənbə: “The Wall Street Journal”