DÜNYA

14 Sentyabr

BMT konfransında Əfqanıstana yardım üçün 1,2 milyard dollar ayrılacağına söz verilib

BMT-nin Cenevrədə keçirilən beynəlxalq konfransının iştirakçıları Əfqanıstana yardım üçün 1,2 milyard dollardan çox vəsait ayıracaqlarına söz veriblər.

Bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

M.Qriffits konfransın bağlanış mərasimində çıxış edərək bildirib: "Humanitar yardım və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün 1,2 milyard dollardan çox vəsait barədə söz verilib".

O, bu cür nəticələri konfrans iştirakçılarının "böyük səxavətliliyinin" sübutu adlandırıb.