DÜNYA

14 Sentyabr

COVID-19-la bağlı daha 4 mlrd. avro xərcləyəcək

Yunanıstan höküməti COVID-19 pandemiyasından zərər çəkən ev təsərrüfatları və bizneslərə dəstək məqsədi ilə sözügedən qruplara daha 4 mlrd. avro həcmində yardım göstərəcək.

Bu barədə ölkənin maliyyə naziri Xristos Staikuras deyib.

Onun sözlərinə görə, ümumilikdə, dövlət dəstəyinin çərçivəsində 2020-2022-ci illərdə Yunanıstan 42,7 mlrd. avro həcmində vəsait xərcləyəcək.

Bundan əlavə, X. Staikuras qeyd edib ki, dövlət özünün ilk "yaşıl istiqrazlar"ının buraxılışını və Beynəlxalq Valyuta Fondu və digər Avrozona ölkələrinə olan borclarını erkən qaytarmağı planlaşdırıb.